PULLAR KARTINIZA QAYIDIR

“La Parfumerie”də
“1+1” + 7% qazanc!

AccessQazanc
artıq “Park Cinema”da!

AccessQazanc nişanı olan ticarət obyektlərində ödəməni AccessBank-ın plastik kartları ilə edin və xərclədiyiniz məbləğin 12%-dək hissəsi kartınıza geri qayıtsın.

1 ətir alana eynisi hədiyyə, və eyni zamanda 7% qazanc!

“Park Cinema”da AccessBank-ın kartları ilə bilet aldıqda 5% qazanc əldə edəcəksiniz!

FAQ

1 AccessBank hansı növ plastik kartlar təqdim edir və onları necə əldə etmək olar?
AccessBank aşağıdakı növ kartları təqdim edir:
VISA Electron
VISA Classic
VISA Gold
VISA Platinum
VISA Business
Yuxarıda göstərilən plastik kartları istənilən filialmıza yaxınlaşaraq əldə edə bilərsiniz.
2 Kartları hansı valyutada açmaq olar?
Müştərinin istəyi ilə AccessBank-ın plastik kartları 3 valyutadan - AZN,USD,EUR birində açıla bilər.AccessBank həmçinin eyni zamanda 2 və ya 3 valyutadan ibarət multivalyutalı kartları açmaq imkanı yaradır.
3 Kartın alınması üçün hansı sənədlər tələb olunur?
Debit plastik kartı əldə etmək üçün yalnız şəxsiyyəti təsdiq edən sənəd, kredit kartı əldə etmək üçün isə, iş yerindən arayış təqdim olunmalıdır.
4 Plastik kartın hazırlanması nə qədər vaxt aparır?
Abşeron filiallarının müştəriləri üçün kart 3 iş günü ərzində hazırlanır. Təcili hazırlanmaq üçün komissiya ödənilərsə kart 1 iş günü ərzində hazırlana bilər.
5 Plastik kartı hansı maksimal dövr üçün açmaq olar?
3 ilə qədər.
6 İnternetdə ödəniş etmək üçün plastik kartdan istifadə etmək olarmı?
AccessBank-ın kartları ilə Visa kartlarını ödəniş üçün qəbul edən istənilən saytda online ödəniş etmək olar.
7 Kart hesabının cari vəziyyəti haqqında məlumatı necə əldə etmək olar?
Kart hesabının cari vəziyyəti haqda məlumatı SMS-bankinq, İnternet-bankinq, E-mail-bankinq xidməti vasitəsilə, həmçinin bankomatlarda hesabdan çıxarış almaqla və ya bankın filiallarındakı müştəri xidmətləri şöbələrindən əldə etmək olar.
8 Kartın itirilməsi zamanı hara müraciət etmək lazımdır?
Kart itirildiyi zaman onu bloklaşdırmaq lazımdır. Bunun üçün müştəri dərhal istənilən bank filialına müraciət etməli və ya Milli Kart prosessinq mərkəzinin qaynar nömrələrinə zəng etməlidir.

(+99 412) 598 10 02
(+99 412) 598 10 03
(+99 412) 431 22 02
9 AccessQazanc xüsusi bir kart növüdür?
Xeyr, bu layihənin adıdır. AccessQazanc – bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir xidmətdir. Bu o deməkdir ki, mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır.
10 Geri qaytarılan məbləği necə öyrənə bilərəm?
Geri qaytarılan məbləğ, müştəri ödəniş edərkən çekin üzərində qeyd olunur. Həmçinin, Siz bankomatdan hesabdan çıxarış götürərək bu məbləği öyrənə bilərsiniz.
11 Pullar karta hansı müddət ərzində geri qaytarılır?
Geri qaytarılan məbləğ hesaba 3 gün ərzində köçürülür.
12 Bu layihə hansı kart sahibləri üçün aid edilir?
AccessQazanc layhəsi həm debit həm də kredit kart sahibləri üçün aid edilir.